DataLife Engine > hadise > Abşeronda yanaraq ölən şəxs tanınmış rəqqas imiş - YENİLƏNİB - FOTO

Abşeronda yanaraq ölən şəxs tanınmış rəqqas imiş - YENİLƏNİB - FOTO


13-11-2017, 12:36. Разместил: heqiqet Abşeronda yanaraq ölən şəxs tanınmış rəqqas imiş - YENİLƏNİB - FOTONoyabrın 11-nə keçən gecə Masazırda baş vermiş dəhşətli yanğın zamanı vəfat edən 37 yaşlı Əlibəndə Əliyevin tanınmış rəqqas olduğu məlum olub.
Əlibəndə Əliyev Xəzər Universiteti Dünya məktəbində çalışırmış. Peşəkar rəqqas olan 37 yaşlı Əlibəndə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xəzər Universitetinin Mahnı və Rəqs ansamblı, Azərbaycan Dövlət Uşaq Flarmoniyasında çalışıb. Rəqqas kimi 10-dan çox ölkədə Azərbaycan rəqs ansamblının tərkibində çıxış edib. O, Xəzər Universiteti Dünya məktəbində oğlanlardan ibarət rəqs ansamblının rəhbəri vəzifəsində çalışırmış.

11 noyabr.
Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti aşkarlanıv. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeronda yanaraq ölən şəxs tanınmış rəqqas imiş - YENİLƏNİB - FOTO
Вернуться назад