Xızıda 193 ədəd partlamamış sursat aşkarlanıb
28-11-2017, 10:06. Разместил: heqiqet
ANAMA-dan verilən məlumata görə, noyabrın 27-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 193 ədəd partlamamış hərbi sursat (PHS), 136 ədəd partlamış-yanmış mərmi qalıqları və 463 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 289 000 kv.m (28.90 ha) ərazi yoxlanılıb.
Ümumilikdə, 82 gün 20 390 ədəd partlamamış hərbi sursat (PHS), 9 861 ədəd partlamış-yanmış sursat qalıqları və 71 512 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 71 348 062 kv.m (7 135 ha) ərazi yoxlanılıb.
Вернуться назад