DataLife Engine > hadise > Bakıda ticarət mərkəzində faciə - 28 yaşlı oğlan öldü

Bakıda ticarət mərkəzində faciə - 28 yaşlı oğlan öldü


11-12-2017, 10:22. Разместил: heqiqet Bakıda ticarət mərkəzində faciə - 28 yaşlı oğlan öldü Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.
Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.
Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Вернуться назад