DataLife Engine > hadise > 26 yaşlı gənc sərxoş halda avtomobil oğurladı, qəza törətdi

26 yaşlı gənc sərxoş halda avtomobil oğurladı, qəza törətdi


26-12-2017, 13:10. Разместил: heqiqet 26 yaşlı gənc sərxoş halda avtomobil oğurladı, qəza törətdi Tovuzda avtomobil oğrusu qəza törədib.
Hadisə rayon ərazisində baş verib. Rayonun Xatınlı kənd sakini, 1991-ci il təvəllüdlü Rüstəmov Əli Firudin oğlu sərxoş vəziyyətdə rayonun Aşağı Quşçu kəndinə gələrək oradan "VAZ" markalı avtomobili oğurlayıb.
Ə.Rüstəmov həmin avtomobili qaçırmaq istəyərkən rayon ərazisində idarəetməni itirərək qarşı yola çıxıb və nəticədə iki avtomobillə toqquşub.
Hadisə yerinə gələn Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları Ə.Rüstəmovun sərxoş olduğunu və idarə etdiyi avtomobili oğurluq yolu ilə əldə etdiyini müəyyənləşdirilib.
Ə.Rüstəmov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Вернуться назад