DataLife Engine > hadise > Gürcüstandan pirotexniki vasitə gətirilməsinin qarşısı alınıb

Gürcüstandan pirotexniki vasitə gətirilməsinin qarşısı alınıb


27-12-2017, 10:50. Разместил: heqiqet Gürcüstandan pirotexniki vasitə gətirilməsinin qarşısı alınıb Gürcüstandan ölkəyə pirotexniki vasitə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2107" markalı avtomobilə gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı həmin nəqliyyat vasitəsinin oturacağının arxasında 210 qutu pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад