Bakıda yük maşını körpüdən aşıb
18-01-2018, 10:11. Разместил: heqiqet
Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AS-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən sürət həddi yüksək olduğundan idarəetməni itirib. Yük maşını dəmir maneələrə çırpılaraq təxminən 6 metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.
Hadisə yerinə DYP əməkdaşları gəlib.
Qeyd edək ki, hadisə ilə əlaqədar Avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb.
Вернуться назад