DataLife Engine > hadise >
Bakıda dəhşətli cinayət: arvadını yastıqla boğub öldürdü
Bakıda dəhşətli cinayət: arvadını yastıqla boğub öldürdü
22-01-2018, 13:15. Разместил:
heqiqet

Bakıda qətl törədilib. Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib.
Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Вернуться назад