Dayə işlədiyi evdən oğurluq etdi
25-01-2018, 13:44. Разместил: heqiqet
DİN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla dekabrın 4-dən 21-dək olan müddətdə A.Rzayevanın mənzilindən seyfdə olan 680 manatın və noutbukun oğurlanması məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun əvvəllər həmin evdə dayə kimi çalışan qadın tərəfindən edilməsi müəyyən edilib və görülmüş tədbirlərlə Siyəzən rayon sakini Lamiyə Əliyeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Вернуться назад