Bakıda dəhşətli qəza: ÖLƏNLƏR VAR
22-02-2018, 10:37. Разместил: heqiqet
Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Samir Güləliyevin idarə etdiyi "KamAZ" markalı yük maşını ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ 2106"da olan 1959-cu il təvəllüdlü Haqverdiyev Sakit Salarza oğlu ilə Haqverdiyeva Gülgəz Nunubala qızı ağır bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq insanın ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
Вернуться назад