DataLife Engine > hadise > Gəncədə mənzil yandı - evdən qadın meyiti tapıldı

Gəncədə mənzil yandı - evdən qadın meyiti tapıldı


27-02-2018, 10:41. Разместил: heqiqet Gəncədə mənzil yandı - evdən qadın meyiti tapıldı Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə mənzildə baş vermiş yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub.
Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​
Вернуться назад