DataLife Engine > hadise > 28 yaşlı oğlan özünü ov tüfəngi ilə vurub - İsmayıllıda

28 yaşlı oğlan özünü ov tüfəngi ilə vurub - İsmayıllıda


7-03-2018, 10:50. Разместил: heqiqet 28 yaşlı oğlan özünü ov tüfəngi ilə vurub - İsmayıllıda İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ruslan Valeh oğlu yaşadığı evin həyətində ov tüfəngindən özünə atəş açaraq sağ döş qəfəsindən güllə yarası alıb. R.Məmmədov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun ehtiyatsızlıq səbəbindən odlu silahla özünə xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Вернуться назад