DataLife Engine > hadise > Qadını şantaj edən Hövsan sakini tutuldu

Qadını şantaj edən Hövsan sakini tutuldu


15-03-2018, 10:54. Разместил: heqiqet Qadını şantaj edən Hövsan sakini tutuldu Bakı şəhər sakini Y.Zalov paytaxt sakini olan qadından barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 500 manat alarkən saxlanılıb.
DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat alıb.
Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Вернуться назад