Sumqayıtda axtarışda olan şəxsdən odlu silah götürülüb
15-03-2018, 13:44. Разместил: heqiqet
DİN-dən verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən kustar üsulla hazırlanmış qələm tapança və 55 ədəd patron aşkar edilib.
Araşdırma zamanı onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.
O.Şirinov götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
Вернуться назад