Külli miqdarda borcu olan şəxs özünü bulvarda öldürmək istədi
13-04-2018, 19:03. Разместил: heqiqet
Ötən gecə Bakı bulvarında özünü dənizə ataraq intihar etmək istəyən şəxslə bağlı bəzi məqamlar məlum olub. Suda boğulmaq üzrəykən xilas edilən 1992-ci il təvəllüdlü Pənahov Rəhim Hicran oğlunun Kürdəmir sakini olması və maddi problemlərinin olduğu üzə çıxıb. Xilas edildikdən sonra polis bölməsinə aparılan R.Pənahov Kürdəmirdə müxtəlif şəxslərə külli miqdarda borcunun olduğunu və bu səbəbdən həyatına son qoymaq istədiyini deyib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад