DataLife Engine > hadise > Rostov-Bakı sərnişin qatarında gömrükdən gizlədilən mallar aşkarlandı

Rostov-Bakı sərnişin qatarında gömrükdən gizlədilən mallar aşkarlandı


20-04-2018, 10:11. Разместил: heqiqet Rostov-Bakı sərnişin qatarında gömrükdən gizlədilən mallar aşkarlandı Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsi məlumat verir ki, baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.
Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад