4-08-2015, 16:32. Разместил: heqiqet Bu gün günorta saatlarında Xəzər dənizinin Qaradağ rayonu ərazisində bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 13:50-də başa çatıb.