Bakının mərkəzində binanın eyvanı uçuldu
18-05-2018, 11:50. Разместил: heqiqet
Hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib.
Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.
Вернуться назад