Gəndob-Yalama yolunda 3 maşın toqquşub, xəsarət alanlar var
21-05-2018, 10:51. Разместил: heqiqet
3 maşının toqquşması nəticəsində 3 qadın xəsarət alıb.
Onlar Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Zülfüqarova Tahat Mehdi qızı, 2004-cü il təvəllüdlü Camayeva Xədicə Fuad qızı və 1982-ci il təvəllüdlü Zülfüqarova Aida Pirmurad qızıdır. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Вернуться назад