Mənimsəmədə təqsirləndirilən keçmiş polis rəisi məhkəmə zalından azadlığa buraxılıb
31-05-2018, 11:17. Разместил: heqiqet
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F. Məmmədxanov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
O, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan bahalı mobil telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.
Вернуться назад