DataLife Engine > hadise > Mingəçevirdə 10 nəfər toyda zəhərləndi

Mingəçevirdə 10 nəfər toyda zəhərləndi


6-08-2015, 17:23. Разместил: heqiqet Mingəçevirdə 10 nəfər toyda zəhərləndi Mingəçevir şəhərində toyda 10 nəfər qidadan zəhərlənib.
Hadisə şəhər ərazisində yerləşən “Altun” restoranında keçirilən toy mərasimində baş verib.
Belə ki, toyda müxtəlif qidalar qəbul edən 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır.
Zəhərlənən şəxslərin 6 nəfəri qadın, 4 nəfəri isə kişidir.
Hazırda həmin şəxslərin hansı qidadan zəhərlənməsi ilə bağlı araşdırma aparılır.
Вернуться назад