Xaçmazda qanunsuz ağac kəsimi ilə məşğul olan sex aşkarlandı
8-06-2018, 12:32. Разместил: heqiqet
Nazirlikdən verilən məlumata görə, Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 kub.m həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.
Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona təbiətə dəyən 709 manat məbləğində cərimə tətbiq olunub.
Вернуться назад