kafedə qafqazlılarla atışma: yaralı var
7-08-2015, 10:00. Разместил: heqiqet
Moskvanın Lipetski küçəsində yerləşən kafelərin birində baş vermiş münaqişə zamanı bir nəfər ayağından güllə yarası alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, polis hadisə yerində qarşıdurmanın 8 iştirakçısını saxlayıb. Məlumata görə, münaqişə kafe rəhbərliyi ilə bir qrup qafqazlı arasında baş verib. Münaqişənin səbəbləri, qafqazlıların isə milliyyəti hələlik açıqlanmır. Məlumata görə, Moskva polisinin rəhbəri Anatoli Yakunin insidentin araşdırılmasını şəxsi nəzarətə götürüb.
Вернуться назад