İrandan gələn iki şəxsin daxili orqanında narkotik aşkarlandı
5-07-2018, 10:47. Разместил: heqiqet
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, idarənin sərnişin şöbəsində hər iki vətəndaşın üzərində şəxsi yoxlama zamanı onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Həmin şəxslər gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb və tibbi müayinədən keçirilib. Nəticədə, saxlanılan vətəndaşlardan birinin düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 112,165 qram olan heroin, digərinin düz bağırsağında isə iki ədəd bağlamada, xalis çəkisi 109,380 qram olan heroin aşkar edilib və faktla bağlı araşdırma aparılır.
Вернуться назад