Yardımlıda heroin əməliyyatı - Şübhəli şəxs ələ keçdi
21-09-2018, 16:40. Разместил: heqiqet
ATV.az-ın yerli bürosu xəbər verir ki, Yardımlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Ərus-Astanlı yolunun 7-ci kilometrliyində asfalt yoldan sağ hissədə yerləşən dərədən naməlum şəxs tərəfindən qoyulmuş 1 ədəd qara rəngli salafan torbada 1 kiloqram 600 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Rəşad Əzizov Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub və onun barəsində Yardımlı rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Вернуться назад