Su anbarında balıqlara ziyan vuran şəxs saxlanılıb
25-10-2018, 16:26. Разместил: heqiqet
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon sakini Rauf Qəmbərov olduğu müəyyənləşib. Ondan müxtəlif növ balıq, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 451 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Вернуться назад