Avtobusda cibgirliklə məşğul olan şəxslər yaxalanıb
8-11-2018, 19:42. Разместил: heqiqet
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, araşdırma zamanı hər iki şəxsin əsasən 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olduqları müəyyən edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə də iştiraklarının istisna etmirlər. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Вернуться назад