Salyanda faciəvi hadisə: ölən və yaralananlar var
13-11-2018, 12:21. Разместил: heqiqet
Hadisə Şörsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb. Qəza zamanı habelə Astara rayon sakinləri - 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад