Bakıda pikap aşdı, 2 yaralı var
16-12-2018, 22:31. Разместил: heqiqet
Bu gün saat 13 radələrində Xətai rayonu ərazisində - Ukrayna dairəsində "Mitsubishi L200” markalı pikapla "BMW” markalı minik avtomobili toqquşub. Nəticədə pikap aşıb. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Qeyd edək ki, sürücülər həmin ərazidə hərəkətin nizamlanmasında problemin olduğunu bildiriblər və tez-tez qəzaların baş verdiyini deyiblər.
Вернуться назад