Yük maşınlarının toqquşması nəticəsində xəsarət alanlarla bağlı AÇIQLAMA
25-12-2018, 12:28. Разместил: heqiqet
2 yük maşının toqquşması nəticəsində xəsarət alan şəxslər Təcili Tibbi Yardım vasitəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanası yerləşdiriliblər.
Xəsarət alan şəxslər Yevlax rayonu Aran qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Ədilzadə Rəşad İntiqam oğlu, 1978-ci il təvəllüdlü Sərdarov İlqar Eldar oğlu, 1974-cü il təvəllüdlü Məhərrəmov Natik İlyas oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Orxan Rafiq oğludur.
Onlardan üçünün xəsarətləri ciddi olmadığından ilkin tibbi müayinədən sonra evə buraxılıblar. O.Zeynalovun isə xəsarəti ağır olduğundan müalicəsi davam etdiriləcək.
Вернуться назад