Şağanda avtomobil 64 yaşlı piyadanı vurdu
2-01-2019, 14:33. Разместил: heqiqet
Ötən gecə saat 23:30 radələrində Şağan qəsəbəsində avtomobil yaşlı kişini vurub. Hadisə nəticəsində xəsarət alan piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Xəstəxanadanbildiriblər ki, xəsarət alan şəxs 1955-ci il təvəllüdlü Natiq Kamil oğlu Məmmədovdur.
Qeyd olunub ki, bədəninin müxtəlif nahiyələri əzilsə də, həyatı üçün heç bir təhlükə yoxdur və müayinədən sonra evə buraxılıb.
Вернуться назад