DataLife Engine > hadise > Avtomobillərdən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Avtomobillərdən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb


23-01-2019, 16:06. Разместил: heqiqet Avtomobillərdən və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 16-dan noyabrın 4-dək olan müddətdə iki avtomobildən maqnitofon və akkumulyator, bir evdən su sayğacı oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini Xalid Əbdülməmmədov yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları tərəfindən yanvarın 18-də paytaxt sakini olan bir nəfərin cibindən 2500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Şahavədli saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən yanvarın 5-də paytaxt sakini olan bir qadının içərisində 350 manat və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nərgiz Ağaməmmədova tutulub.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад