Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb
22-02-2019, 11:24. Разместил: heqiqet
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.
Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən 2 nəfər, Şəki şəhər sakinləri Elxan Əhmədov və Elnur İsmayılov saxlanılıb. Onların ətraflarında aparılan araşdırmalar zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitafon, ehtiyyat hissələri, benzin, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Вернуться назад