DataLife Engine > hadise > Goranboyda YANĞIN - 75 yaşlı qadın tüstüdən boğularaq öldü

Goranboyda YANĞIN - 75 yaşlı qadın tüstüdən boğularaq öldü


25-02-2019, 10:36. Разместил: heqiqet Goranboyda YANĞIN - 75 yaşlı qadın tüstüdən boğularaq öldü Goranboyda 2 otaqlı ev yanıb.
FHN-dən verilən məlumata görə, rayonun Səmədabad kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m² sahədə yanıb.
Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb və orada vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Вернуться назад