DataLife Engine > hadise > Rəis borcunu ödəmək üçün bu yola əl atdı

Rəis borcunu ödəmək üçün bu yola əl atdı


1-03-2019, 17:36. Разместил: heqiqet Rəis borcunu ödəmək üçün bu yola əl atdı Sumqayıtda işlədiyi şirkətdən 450 min manat oğurluq etməkdə təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən R.Nəbiyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rauf Nəbiyev "Sumqayıt Texnologiyalar Parkı” ASC-nin ofisindən 450 min manat oğurlayıb. Rauf Nəbiyev həmin ASC-nin təhlükəsizlik departamentinin mütəxəssisi işləyib.
Rauf Nəbiyev oğurluğu ehtiyacı olduğu üçün etdiyini, həmin pulu da borclarına ödədiyini söyləyib.
R.Nəbiyevə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Вернуться назад