DataLife Engine > hadise > 85 yaşlı kişini kəlbətinlə öldürən şəxsdən YENİ XƏBƏR

85 yaşlı kişini kəlbətinlə öldürən şəxsdən YENİ XƏBƏR


29-03-2019, 10:30. Разместил: heqiqet 85 yaşlı kişini kəlbətinlə öldürən şəxsdən YENİ XƏBƏR Bakıda 85 yaşlı kişini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Sakit Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
S.Mirzəyev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əliövsət Abbasovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə təyin edilib.
Qeyd edək ki, qətl ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.
Məhkəmə-tibbi ekspertiza ölmüş şəxsin başına küt alətlə zərbə endirildiyini müəyyən edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb.
O, əməlini etiraf edib.
Bildirilib ki, 85 yaşlı kişini kəlbətinlə öldürülüb.
Вернуться назад