Daha bir sərnişin avtobusu qəza törətdi
2-04-2019, 13:02. Разместил: heqiqet
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtobusun sürücüsü Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarə etməni itirib. Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, araşdırma aparılır.
Вернуться назад