DataLife Engine > hadise > Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi

Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi


23-04-2019, 12:24. Разместил: heqiqet Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi Qazaxda bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 22-də Qazax rayonunun Çaylı kəndində baş verib.
Kənd sakini Məhərrəm Qocayev münaqişə zəminində həmkəndlisi Rahil Cələddinlini bıçaqla qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Qocayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад