Bakıda restoranda FACİƏ: musiqiçi öldü
29-04-2019, 11:46. Разместил: heqiqet
Şüvəlanda yerləşən "Qala" restoranında 55 yaşlı İlqar Novruzov adlı musiqiçinin halı pisləşib.
Təcili tibbi yardım hadisə yerinə gələnə qədər musiqiçi keçinib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, təcili tibbi yardıma çağırış gecə saat 01:28-də daxil olub: "Hadisə yerinə çağırılan həkim briqadasına ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb. Qəfil ölümün səbəbi ekspertlərin rəyi hazır olduqdan sonra bilinəcək".
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Вернуться назад