Xaçmazda ev yanıb
27-08-2015, 10:33. Разместил: heqiqet
Xaçmazda vətəndaşa məxsus ev yanıb.Fövqəladə Hallar Nazirliyinin saytın xəbər verir ki, Xaçmaz rayonu, Müşkür kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağı, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 90 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 17:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Вернуться назад