Bakıda təkər təmiri sexində baş verən partlayışla bağlı cinayət işi başlandı
10-05-2019, 11:02. Разместил: heqiqet
Nərimanov rayonunda yerləşən “Ruzigar” kiçik müəssisəsinə məxsus yük avtomobillərinin təmiri qarajında işləyən, 1971-ci il təvəllüdlü Novruzbəyov Gülbala Siracəddin oğlu qarajda yük avtomobilinin təkərini təmir edərkən təkərin qəflətən partlaması nəticəsində ağır xəsarətlər alaraq hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Вернуться назад