DataLife Engine > hadise > Bacıoğlu dayısı ilə birgə “Luxus”u qaçırdı

Bacıoğlu dayısı ilə birgə “Luxus”u qaçırdı


4-05-2015, 14:14. Разместил: heqiqet Bacıoğlu dayısı ilə birgə “Luxus”u qaçırdı
Bakıda avtomobil qaçırmış şəxs saxlanılıb. Heqiqet.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, mayın 3-də saat 06.00 radələrində H.Əliyev Beynəlxalq Hava Limanının ərazisindən Bakı şəhər sakini Tamilla Alverdiyevaya məxsus “Lexus” markalı avtomobili tanışı, Bakı şəhər sakini Turan Məmmədli tərəfindən qaçırılıb. Avtomobil DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən aşkar edilib və Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildə olan 2 nəfərdən 1-i qaçıb, Bakı şəhər sakini Habil Quliyev isə tutulub.
H.Quliyev izahatında avtomobildə olan digər şəxsin bacısı oğlu Turan Məmmədli olmasını bildirib.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Вернуться назад