Avtomobil elektrik xəttinə dəydi – sürücü yandı
4-05-2015, 14:18. Разместил: heqiqet

Sumqayıt şəhər sakini Feyzulla Qurbanovun idarə etdiyi avtomobil elektrik xəttinə toxunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. “Mercedes” markalı avtomobilin yük hissəsi daş boşaldarkən hündürlükdən keçən elektrik xəttinə toxunub. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti almış F.Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Вернуться назад