DataLife Engine > hadise > Biləsuvarda brakonyer tutuldu - 12 cürə quşu ovlayıb

Biləsuvarda brakonyer tutuldu - 12 cürə quşu ovlayıb


30-08-2019, 10:48. Разместил: heqiqet Biləsuvarda brakonyer tutuldu - 12 cürə quşu ovlayıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxsdən 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb.
Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.
Вернуться назад