Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var
16-09-2019, 18:22. Разместил: heqiqet
Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini - 1967-ci il təvəllüdlü Alıyev Arif Mustafa oğlu idarə etdiyi "RAV 4" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Sürücü hadisə yerində ölüb, sərnişini - Şamaxı rayon sakini İsayev Əbilxan Şahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад