DataLife Engine > hadise > Bakıda MÜƏMMALI HADİSƏ - Koma vəziyyətində xəstəxanaya çatdırıldı

Bakıda MÜƏMMALI HADİSƏ - Koma vəziyyətində xəstəxanaya çatdırıldı


24-09-2019, 11:07. Разместил: heqiqet Bakıda MÜƏMMALI HADİSƏ - Koma vəziyyətində xəstəxanaya çatdırıldı Bakıda orta yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Suraxanı rayonu ərazisindən təcili tibbi yardım maşını ilə orta yaşlı kişi ağır kəllə-beyin travaması ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Koma vəziyyətində olduğundan onun şəxsiyyətini tam müəyyənləşdirmək mümkün olmasa da, həmin şəxsin adının Yusif olduğu bildirilir. Yaralının bədbəxt hadisə nəticəsində və ya dava-dalaş zamanı xəsarət alması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад