Bayılda neft buruqlarının mühərrikləri oğurlanıb
25-09-2019, 10:52. Разместил: heqiqet
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilərək qəsəbə ərazisində müxtəlif vaxtlarda 5 ədəd neft mühərriyinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib.
İdarənin əməkdaşları tərəfindən dərhal "isti” izlərlə əməliyyat-axtarış tədbiri keçirilib və qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon skini Elnur Ağayev saxlanılıblar.
Hər iki şəxs ifadələrində 5 ədəd mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər. Qeyd edək ki, oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Hazırda saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Вернуться назад