Yıxıldı, əlindəki stəkan qarnını yaraladı
1-09-2015, 11:51. Разместил: heqiqet
Gəncədə 25 yaşlı qadın ehtiyatsızlıqdan xəsarət alıb.Kəpəz TV-nin verdiyi məlumata görə, Gəncə şəhər sakini Ülviyyə Ələkbərova mənzilində olarkən yıxılıb. Bu zaman onun əlindəki stəkan qırılaraq qarın nahiyəsini yaralayıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Вернуться назад