DataLife Engine > hadise > Bu yay civənin dağılmadığı ev qalmadı

Bu yay civənin dağılmadığı ev qalmadı


1-09-2015, 11:52. Разместил: heqiqet Bu yay civənin dağılmadığı ev qalmadı Bakı şəhəri, Nizami rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 16:05-də başa çatıb.
Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 17:10-da başa çatıb.
Вернуться назад