DataLife Engine > hadise > Oğlunu qətlə yetirən ata tutulub

Oğlunu qətlə yetirən ata tutulub


12-02-2020, 15:31. Разместил: heqiqet Oğlunu qətlə yetirən ata tutulub Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun fevralın 11-də saat 7 radələrində evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Вернуться назад