Evdən külli miqdarda qızıl oğurlandı
3-03-2020, 16:52. Разместил: heqiqet
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini Dibir Ramazanov özünə məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Şöbə əməkdaşları tərəfindənZərərçəkmişə məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Oğruları ələ keçirmək isə o qədər uzun çəkməyib.
Saxlanan Elxan Canımov və Seymur Mahmudov əməllərini etiraf ediblər.Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olub həmin evdən oğurluq etməyi planlaşdırıblar.
Oğurlanan qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər barəsində CinayətMəcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Вернуться назад